Qardaş bacısını internetdə satışa çıxardı

Qardaş bacısını internetdə satışa çıxardı
Xəbərlər
10.09.2017 10
Britaniyanın Kardiff şəhərində yaşayan Kayl Meelem bacısını, 27 yaşlı Semmini satışa çıxarıb. Daha doğrusu o, dünyanın ən populyar onlayn-hərracı eBay-da "Kim bacımla tanış olub onunla axşamı birlikdə keçirmək istər?" elanını yerləşdirib.



Qadınlar.Biz bildirir ki, 28 yaşlı Kayl daha sonra yazıb: "Bacımla tanış olub, onunla axşamı birlikdə keçirmək haqqını satın almaq istəyən kişi sərsəm, qaba, kobud, habelə evli olmamalıdır. Bu tanışlıq bir gecəlik deyil".



Kayl bacısına ilkin qiymət qismində 50 funt-sterlinq müəyyənləşdirib.



Semmi isə deyir: "Qardaşımın elanını ciddi qəbul etmirəm. O, illərdir ki, mənə belə elan verəcəyini deyirdi. İndiyədək eşqdə bəxtim gətirməyib və hələ də ailə qurmamışam. Yəqin qardaşım mənə yardım etmək istəyir".



Kaylın atası, 54 yaşlı Saymon və anası, 52 yaşlı Natali bu elanı biabırçılıq saymırlar.



"Oğlum bacısını ərə vermək istəyir. O, Semmi üçün çalışır", - Natali deyib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!