Sevda həyat yoldaşı ilə - FOTOLAR

Sevda həyat yoldaşı ilə - FOTOLAR
Xəbərlər
10.09.2017 6
Əməkdar artist Sevda Ələkbərzadə "Gündəlik” verilişinin qonağı olub.



Qadınlar.Biz məlumatına görə, müğənni yerli ifaçıların xaricdə tanınmamasından bəhs edib:



"Xarici müğənni bütün dünyada tanınır. Azərbaycanlı ifaçı isə yalnız öz vətənində məşhurdur. Türkiyədə və başqa ölkələrdə bizimkilərdən caz ifaçısı Əzizə Mustafazadəni tanıyırlar. Hətta Almaniyada olanda bir ailənin qızına onun adını qoyduğunu gördüm. Sırf alman ailəsi idi. Türkiyədə isə bizimkiləri qəbul etmirlər. Bütün yeri, imkanı öz ifaçıları üçün yaradırlar”.



S.Ələkbərzadə həyat yoldaşı ilə bağlı "Səninlə qürur duyur. Sən onun sözünə, yoxsa o səninkinə qulaq asır” sözlərinə belə cavab verib:



"İkimiz də bir-birimizin sözünə qulaq asırıq. Hörmət edirik”.



İfaçı toylara getməməyindən də danışıb:



"Mən bütün ritmlərdə oxumağı bilirəm. Bu sahədə təhsil almışam. Sadəcə, toya getmirəm, sənətlə məşğul oluram. Toya gedənləri isə qınamıram”.


 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!