"Təranə Musanı əlində çətir edib fırladır" Video icmal

Xəbərlər
10.09.2017 8
Ötən gecə mətbuatda tədbirlərin birində Musa Musayevlə Nazəninin
prodüseri Pərviz arasında qarşıdurma yaranması barədə xəbərlər
yayılmışdı. Bu hadisədən sonra Musanın burnunun sındırılması xəbərləri
saytlarda geniş müzakirəyə səbəb olmuşdu.



Təranə və Musa cütlüyü
baş verənləri aydınlaşdırmaq üçün Rövşanə Bektaşinin təqdimatında olan,
ANS kanalında yayımlanan "Bazar səhəri” verilişinə qonaq qismində
qoşulublar.



Canlı efirə sonradan qatılan Musanın  sakkız
çeynəməsi və baş verənlərə rəğmən təbbəssümlə olayları qarşılaması da
diqqətdən yayınmayıb. Veriliş boyu ancaq Təranə Qumral fikir bildirib.
Musa Musayev isə  gedən danışıqlardan bezərək studiyanı tərk edib.



"Hamının
məndə tərcümeyi-halı var.  Kimliyindən asılı olmayaraq, mənim haqqımda
kim haqsız danışsa, onun həyatını ortalığa qoyacam. Artıq mənim
itirəcəyim heç nə yoxdur.”



Adı studiyada tez-tez hallanan Nazənin canlı efirə bağlanıb.  Müğənnilərin dioloqlarını sizə də təqdim edirik:



Nazənin:
"Bu günə kimi məni heç bir qalmaqalda görməmisiniz. Mən abrıma qısılıb
danışmadıqdca insalar elə bildi ki, onlar düzdülər. Artıq vəkilimlə
ərizə də yazmışıq. Musa, Təranədən başqa heç kimə lazım deyil. Hətta
valideynlərinə lazım olmayan bir övladdır. Bütün Azərbaycan tanıyır ki,
kim kimdir. Orda mələk cildinə girib danışmaq lazım deyil. Bizim
ədavətimiz  illər öncə  qardaşımın toyunda olub. Musaya demişəm ki, toy
sırf kişilərdən ibarət olacaq. Yəqin özünə sığışdırmazsan ki, Təranəni
kişilərin arasına salasan. Demişəm Təranəni gətir, amma məclisə
girməsin. Orda 7 dəfə ərə getməyim barədə müzakirələr gedib. Mənim rəsmi
nikahım da , kəbinim də var.”



Təranə: "İndidən söhbət getmir ki, sən ailəli olanda da başqa ailəli kişi ilə nikah kəsdirmisən. "



Nazənin: "Heç olmasa sən danışma, Musa da sənlə birlikdə olanda ailəli olub. Əri çıxdı efirlərə ki, Təranəni kişi ilə tutmuşam.”



Təranə: "Ərimi sən evinə salıb öyrətmisən ki, çıx efirlərdən de ki, Təranəni kişi ilə tutmuşam. Qruplaşma yaratmısınız."



Nazənin:  "Həyat yoldaşımla Təranəni bir yerdə tutmuşam."



Təranə: "Səni də Azərbaycan xalqı çox yaxşı tanıyır. Sənin ömür boyu həyat yoldaşın olmayıb. Sübut da edəcəm."



Nazənin:
"Şəxsən həyat yoldaşım ərizə ilə şikayətini bildirib. Nə istəyir
bizdən? Özünü biabır etmək istəyirdisə, artıq etdi. Musanı da çox yaxşı
tanıyırlar. Təranə Musanı əlində çətir edib. Hara istəyir fırladır.
Çünki Musanın cilovu Təranənin əlindədir. Onlar dörd ildir ki,
boşanıblar."



Təranə: "Bütün Azərbaycanı fırlatdın, indi Musaya
gəlmisən? Sən hələ dünən əlinə bir kişini keçirmisən. Günəşlidə 
kirayələrdən yeni canın qurtarıb. İndi deyirsən hər şeyi faktlarla
danışım?



Ay yazıq, sən ev-eşik görməmişdin. Sağolsun, sənin
böyründəki insan. Amma Təranənin 1983-cü ildən Bakı şəhərində evləri
var. Sən xarici maşına həsrət qalanda, Təranənin xarici maşınları olub.



Mənim
ərim deyirsən. O sənin ərin deyil. Sən ondan beş uşaq doğsan da, o
özgənin əri, atasıdır. Mənim halalca 21 illik yoldaşımdır. İki ildir
kişi ilə tanış olmusan ona ər deyirsən? Bütün Azərbaycanı vermişəm sənə
mənə bir kişi yetər. Məhkəməyə vermək istəyirsən, buyur ver. Amma mən
onu məhkəməyə verməyəcəm. Əlindən ondan başqa  heç nə gəlməz.



Mən
öz yoldaşımla fəxr edirəm. O sənətkardır. Bugün Musanın mahnıları
hamını düşündürür. Niyaməddin Musayevin, Cabbar Musayevin mahnılarını
ələ keçirdin, indi istəyirsən ki, Musanı da ələ keçirəsən? Üçü də sənə
bəstəsləsin?"
 



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!