Məşhur xanım teleaparıcı efiri və ölkəni tərk edir - fotolar

Məşhur xanım teleaparıcı efiri və ölkəni tərk edir - fotolar
Xəbərlər
10.09.2017 21
Qısa müddətdə kifayət qədər tamaşaçı auritoriyası toplayan teleaparıcı Günel Hümbətova uzun müddətlik efirdən uzaqlaşır. Qadınlar.biz danışan Günelin sözlərinə görə, o, təhsilini davam etdirmək üçün ölkəni tərk edib, xaricə yollanır.
 
"Hazırda imtahana hazırlaşıram. Magistraturanı media əlaqələri (Media Communication) üzrə oxumaq istəyirəm.  Arzum da Nyu-York Universitetinə qəbul olmaqdır. Amma bir neçə təhsil ocağını da seçəcəyəm. Hansı qəbul etsə, təhsilimi orada davam etdirəcəyəm”.
 
G.Hümbətova qeyd edir ki, xaricdə təhsilini davam etsə, vətənə dönəndən sonra şou-biznes verilişlərində görünməyəcək: "O cür təhsil alandan sonra gəlib hər hansı bayağı şou-biznes verilişi aparacağımı düşünmürəm. Çox ciddi də demirəm, amma maqazin tipli olmayacaq, yəqin ki. Ancaq bunu indidən demək də çətin gəlir mənə. Çünki hələ heç nə bəlli deyil. Hər şey planlarım üzrə getsə, məsələn, Azərbaycanın Ellen Degeneresi olmaq istərdim”.
 


 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!