Leyla Əliyeva Ümumdünya Parklar Konqresinin açılışında - fotolar

Leyla Əliyeva Ümumdünya Parklar Konqresinin açılışında - fotolar
Xəbərlər
10.09.2017 10
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 12-də Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyi tərəfindən (IUCN) Avstraliyanın Sidney şəhərində təşkil olunan Ümumdünya Parklar Konqresinin açılışında iştirak edib.
 
Ümumdünya Parklar Konqresi 10 ildən bir keçirilir. Noyabrın 19-dək davam edəcək hazırkı tədbir sayca 6-cı konqresdir. Bu il keçirilən toplantı mühafizə olunan ərazilərin daha səmərəli şəkildə idarə edilməsi və saxlanılması ilə bağlı qabaqcıl təcrübənin və biliklərin bölüşülməsinə həsr olunub. Tədbirdə bir sıra dövlətlərin prezidentləri, ətraf mühitin mühafizəsi üzrə məsul olan nazirlər və digər yüksək vəzifəli şəxslər, eləcə də beynəlxalq və regional təşkilatların rəhbərləri, tanınmış mütəxəssislər və aparıcı qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcək.
           
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ümumdünya Parklar Konqresinin plenar sessiyasında ölkəmizin ətraf mühitin mühafizəsi sahəsindəki təcrübəsi və bu istiqamətdə görülən tədbirlər barədə çıxış edəcək. Leyla Əliyevanın tədbir çərçivəsində bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulur.
          
Qeyd edək ki, konqresin keçirildiyi ərazidə ətraf mühit sahəsində aparıcı təşkilat olan IDEA İctmai Birliyinin fəaliyyətini əks etdirən pavilyon da qurulub.
 


 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!