"Bilirəm ki, ATV məni "qara siyahı"ya salacaq"

Xəbərlər
10.09.2017 21
Müğənni Günay İbrahimli ATV telekanalında yayımlanan "Kimdir nömrə 1” yarışmasında iştirakından imtina edib.



Sənətçi açıqlamasında bunun səbəbləri haqda danışıb. Onun sözlərinə görə, heç bir həmkarı ilə münasibətini korlamaq istəmir:



"Mənim ATV telekanalının rəhbərliyinə, layihənin bütün iştirakçılarına sonsuz hörmətim var. Baş verənlərlə bağlı çox narahatçılıq keçirirəm. Mən  layihəyə dəvət alanda demişdim ki, bir həftədən çox qala bilməyəcəyəm. Sadəcə təklif edən dostların dəvətindən ilk başdan imtina edə bilmədim. Bu layihə maraqlı olduğu qədər də qalmaqallıdır. Mən də heç bir həmkarımla münasibəti korlamaq istəmirəm. Çünki söhbətlər hər kəsin adı ətrafında gedincə, susmaq mümkün olmur. Amma uzaqlaşmağımın səbəbi tək bu deyil. Mən yarışmaya qatılmadan öncə də bu addımı atacağımı demişdim. Dünən "Sənə bağlanıram” adlı klipimin çəkilişləri idi. Günorta saatlarında verilişin prodüserləri zəng etdi və biz canlı yayıma gələ bilməyəcəyimizi, layihədən imtina etdiyimizi söylədik. Buna baxmayaraq, məni yenidən duelə dəvət etdilər. Heç kim bu addımı mən tərəfdən hörmətsizlik kimi qəbul etməsin, amma mən daha o layihəyə gəlməyəcəyəm”.



İfaçı bu söz-söhbətdən sonra baş verəcəklərə hazır olduğunu deyib:



"Bilirəm ki, bundan sonra telekanal məni "qara siyahı"ya salacaq. Buna hazıram. Amma əminəm ki, rəhbərlik də, layihə iştirakçıları da, nə vaxtsa məni başa düşəcəklər. Heç kimdən incikliyim yoxdur və hər kəsə təşəkkürümü bildirirəm”.    
  
Xatırladaq ki, verilişin sonuncu buraxılışında Günay İbrahimlini həmkarı Yaşar Yusub duelə çağırmışdı.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!