Leyla Əliyeva Sidneydə Parklar Konqresində- Fotolar

Leyla Əliyeva Sidneydə Parklar Konqresində- Fotolar
Xəbərlər
10.09.2017 12
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 14-də Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin (İUCN) Sidney şəhərində keçirilən Ümumdünya Parklar Konqresinin plenar sessiyasında çıxış edib. 



Leyla Əliyeva Azərbaycanın səmərəli coğrafi mövqeyi, təbiəti, zəngin flora və faunası, eləcə də münbit iqlim şəraiti barədə Konqres iştirakçılarına məlumat verib. Həmçinin, təbiətin və ətraf mühitin mühafizəsi sahəsində ölkəmizdə görülən işlər və müşahidə olunan irəliləyişlər diqqətə çatdırılıb və 2011-ci ildə təsis edilən IDEA İctimai Birliyinin Azərbaycanda, eləcə də regionda nəsli kəsilməkdə olan vəhşi heyvanların mühafizəsi ilə bağlı həyata keçirdiyi layihələr barədə məlumat verilib. 



Leyla Əliyeva çıxışında, həmçinin IDEA İctimai Birliyinin digər fəaliyyət istiqamətləri, o cümlədən IDEA-nın təşəbbüsü ilə respublikada 3 milyondan çox ağacın əkilməsi, ağacların kəsilməsinin qarşısının alınması tədbirləri, sahibsiz heyvanlar üçün sığınacağın təşkili, ekoloji tədbirlər və müsabiqələrin keçirilməsi, sənaye və məişət tullantılarının azaldılması layihələri barədə məlumat verilib.



Sessiyada çıxış edənlər sırasında Cənubi Afrika Respublikasının keçmiş prezidenti və Nobel Sülh Mükafatı laureatı Nelson Mandellanın nəticəsi Luvuyo Mandela təcrübə mübadiləsi aparılmasının və mühafizə olunan ərazilərin, o cümlədən qoruqların genişləndirilməsinin əhəmiyyətindən danışıb. 



Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva noyabrın 14-də Ümumdünya Parklar Konqresi çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirib.
 


 

 

 

 

 

 

 

 


 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!