Məhşur müğənni həbs edildi - VİDEO

Məhşur müğənni həbs edildi - VİDEO
Xəbərlər
10.09.2017 24
6 aydır polislərdən qaçan türkiyəli müğənni Dəniz Səki həbs olunub.



Qadınlar.Biz xəbərinə görə, 6 il həbs cəzası alan sənətçi Esenyurtdakı villasında tapılıb.



Dəniz əvvəlcə xəstəxanaya aparılaraq, səhhəti yoxlanılıb, daha sonra isə narkotiklə mübarizə şöbəsinə gətirilib.



Jurnalistlərin suallarına ağlayaraq cavab verən Səki "Günahsızam... Çox böyük haqsızlıqla qarşı-qarşıyayam. Başqa heç nə soruşmayın" deyib.



Polis tərəfindən yaxalanaraq şöbəyə gətirilən türkiyəli müğənni Dəniz Səki ilk açıqlamasını verib.

Dəniz günahsız olduğunu iddia edib:



"İşləmədiyim cəzanın günahkarı edildim. Ədalətin bir gün bunu aşkara çıxaracağı günü gözlədim, gözləyəcəm də. Sevənlərim mənə və günahsızlığıma inansın. Bağışlanmaq yox, ədalət istəyirəm. Mahnılarımı azadlıqda oxumaq ən böyük istəyimdir".



Qeyd edək ki, müğənni narkotik ticarəti ilə məşğul olduğu üçün 6 il 3 ay həbs cəzası alıb. Bundan əvvəl Dəniz 7 ay həbsdə qalıb.
 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!