Təranə Qumral: “Fatimə nikahdankənar övlad dünyaya gətirib”

Təranə Qumral: “Fatimə nikahdankənar övlad dünyaya gətirib”
Xəbərlər
10.09.2017 14
Rəqqasə Fatimənin Təranə Qumral və Musa Musayevlə qalmaqalı yenidən alovlanıb.
 
Rəqqasənin canlı yayımda Musa və Təranənin ər-arvad adına ləkə olduğunu qeyd etməsi əks tərəfi qıcıqlandırıb.
 
Musa Musayev açıqlamasında belə qeyd edib: " Fatimə özü süddən çıxmış ağ qaşıqdı? Fatimə, gedib, nikahdankənar övlad dünyaya gətirib, onun dərdini çəksin. Bizdən başqa adam yoxdur danışmağa?”.
 
Təranə Qumral isə açıqlamasında belə qeyd edib: "Fatimə çaşdı. Bilirsiniz tutu çırpanda da üstündə çöpü olur. Çöpsüz tut olmur. Hərənin bir gizli məqamı, gizlətdiyi bir şey, ayıbı olur. Onu sadəcə qızışdırdılar, o da çaşdı dedi”.
 
Deyilənlər barədə rəqqasə Fatimə də ATVxəbər.az-a açıqlama verib: "Elə adamlara mən heç fikir vermirəm. Musa kimdir ki, mən ona cavab verim? Musanın dedikləri heç vecimə də deyil. Onlara inanan elə onlar ağılda olanlardır. Hamı tanıyır Musa kimdir, Fatimə kimdir. Ümumiyyətlə mən cavab vermirəm. Mənim adımı hallandırmayın. Onların Nazəninlə bağlı da davası da var, onlardan yazın. Mən qalmaqal istəmirəm”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!