Nazəninin Təranə Qumrala qarşı məhkəməsi başlayır

Nazəninin Təranə Qumrala qarşı məhkəməsi başlayır
Xəbərlər
10.09.2017 16
Müğənni Nazəninin həmkarı  Təranə Qumrala (İbrahimova) qarşı iddia ərizəsi üzrə mülki iş Nərimanov rayon Məhkəməsində icraata götürülüb.
 
Vəkil Adəm Məmmədovun verdiyi məlumata görə, məhkəmənin hazırlıq iclası dekabrın 1-nə təyin olunub. İş Nərimanov rayon Məhkəməsinin hakimi Kəmalə Əmirxanovanın icraatına verilib.
İddia ərizəsində Təranə İbrahimova tərəfindən Nazənin barəsində şəxsiyyəti və fəaliyyəti barədə mənfi rəy yaratmağa yönələn, habelə şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan məlumatların yayıldığı göstərilib. Eyni zamanda həmin məlumatların yalan məlumatlar kimi tanınması, məlumatların ANS telekanalı vasitəsi ilə təkzib olunması, cavabdeh Təranə İbrahimovanın üzr istəməsi və müğənni Nazəninə  dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbi əksini tapıb.
 
Qeyd edək ki, bir müddət əvvəl hər iki müğənni arasında narazılıq yaranıb. Tərəflər bir-birlərini qarşı ittihamlar səsləndiriblər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!