Şagirdlərə bəd xəbər!

Şagirdlərə bəd xəbər!
Xəbərlər
10.09.2017 18
Gələn il orta məktəblərin 11-ci siniflərində təhsil alan şagirdlər üçün buraxılış imtahanlarının sayı artırılıb. Həmin fənnin adı da artıq müəyyənləşdirilib. 
Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, gələn il orta məktəblərdə 11-ci sinif şagirdləri 3 fəndən buraxılış imtahanı verəcəklər. Buraxılış imtahanları üçün əlavə edilmiş yeni fənn xarici dil olacaq: "Təhsillərini davam etdirən uşaqlar üçün bu, elə də böyük problem olmayacaq. Çünki ali məktəblərə qəbul imtahanlarında 3 qrup üzrə xarici dil imtahan fənni kimi daxil edilib".
M.Abbaszadə qeyd edib ki, 9-cu siniflər üçün buraxılış imtahanları fənlərinin sayına əlavə edilməyib. Bu sinif üzrə təhsil alanlar ötən il olduğu kimi, yenə də iki fəndən - ana dili və riyaziyyatdan imtahan verəcəklər.
TQDK sədri onu da qeyd edib ki, bu tədris ilindən 11-ci sinif üzrə buraxılış imtahanının nəticələri əsasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!