Afaq özündən çıxdı: "Biabırçılıq oldu"

Afaq özündən çıxdı:
Xəbərlər
10.09.2017 11
ATV-də yayımlanan "Kimdir nömrə 1?”də ötən gün iştirakçıların sirri ortaya çıxıb. 
Müğənni Elçin Hüseynov və Mirkamil Kamilov duelə çıxıblar. Yarışmaya qatılan iştirakçıların əksəriyyəti öhdəliklərinə düşən 50 səsi Mirkamilə veriblər. Sonda isə onların bunun üçün qabaqcadan sözləşdikləri bəlli olub.
Belə ki, E.Hüseynov duelə çıxması ilə bağlı bunları etiraf edib:
 
"Mirkamil səbirsizlik etdi. Əvvəldən demişdik ki, Mirkamilin adı yazılacaq, duelə çıxacaq. Məqsəd o idi ki, mən oyundan gedim, Mirkamil qalsın. Qalib olsam da, olmasam da, bu cür edəcəkdim. Həmişə gənclərə imkanım çatan qədər köməklik etmişəm, ömrümün sonuna qədər də edəcəm. Allah dəstək olsun, bu yolumu həmişə davam etdirəcəm. Mirkamil əsəbidir. O bilirdi ki, mən qalib olacam, yerimi ona verəcəm və gedəcəm”.
 
Yarışmada ekspert kimi çıxış edən Afaq Gəncəli bu açıqlamaya əsəbləşib:
"Qruplaşmanın, əvvəlcədən danışmağın, sazişin nəticəsi bu cürdür. Biabırçılıq oldu. Qarşında nə müğənni, nə də musiqiçiləri var. Çaşıb qalmışam”.
 
Səsvermə zamanı gələn həftə duelə çıxacaq iştirakçı da bəlli olub. Belə ki,İlahə İbadova ən çox adı çəkilən ifaçı olub və həmkarı Emil Bədəlovu duelə çağırıb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!