Elza Seyidcahanı özündən çıxardılar: "Məhkəməyə verəcəm"

Elza Seyidcahanı özündən çıxardılar:
Xəbərlər
10.09.2017 7
Əməkdar artist Elza Seyidcahanı əsəbləşdirdilər. 
 müğənni əməkdaşımızla söhbətində haqqında xoşagəlməz məqalə yazan hər kəsi məhkəməyə verəcəyini deyib:
 
"Şeirlərimi ələ salırlar. Mənə xələl gətirmək üçün hərə bir kompüter arxasına keçib, nə gəldi yazır. Özü də ki, yazıların çoxu məndən açıqlama alınmadan verilir. Hansı ixtiyarla belə edirlər? Dəfələrlə xaricdə Azərbaycanın bayrağını qaldırmışam. Xalqını sevən, tərənnüm edən, dövlətin əməkdar artistinə, Bəstəkarlar İttifaqının üzvünə bu cür tərbiyəsizlik edilərmi? Allaha şükür, Elzanı hamı yaxşı tanıyır. Bu cür sözlər onun nə tərbiyəsinə, nə də savadına ziyan vurmaz, qara yaxmaz. Buradan mənim şeirlərimi ələ salanlara xəbərdarlıq edirəm: özünüzü yığışdırın. Yoxsa hamınızla məhkəmədə görüşməli olacam. Haqqımda boş-boş şayiələr uydurmasınlar, onları məhkəməyə verəcəm. Məni xalqın gözündən salmağa çalışmasınlar, onsuz da, bacarmayacaqlar. Özlərini Allahın nəzərindən salacaqlar. Çox xoşbəxtəm ki, nə özüm, nə övladlarım, nə də nəslim həyatda heç kimə şər atmayıb”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!