9 yaşlı “Dünyanın ən gözəl qızı” – fotolar

9 yaşlı “Dünyanın ən gözəl qızı” – fotolar
Xəbərlər
10.09.2017 27
3 yaşından model işləyən 9 yaşlı Kristina Pimenova bir çox böyük qızın arzuladığı həyatı yaşayır.
 
O, "Dolce&Gabbana”nın dəfilələrində iştirak edib, "Vogue” jurnalının uşaq versiyasının üz qabığında yer alıb, "Roberto Cavalli”, "Benetton” brendlərinin reklamında çəkilib və "Kinder” firmasının siması olub.



Kristina Britaniya KİV-nin versiyasına əsasən, "dünyanın ən gözəl qızı” elan edilib. Hazırda Kristinanın "Facebook”da 2 milyon, İnstagramda 300 mindən çox izləyicisi var. Onun anası, keçmiş model Qlikeriya Şirokova, demək olar ki, hər gün qızının fotolarını sosial şəbəkədə paylaşır. Atası isə futbolçu Ruslan Pimenovdur. 



Bəziləri kiçik qızın bu yaşında model işləməsini tənqid edir. Məsələn, "Daily Mail” qəzeti:
 
"O, super model olmaq üçün çox gənc deyilmi?” sualı ilə oxucularına müraciət edib. Sosial şəbəkələrdəki digər istifadəçilər də onun yaşıdları kimi gəlinciklə oynamaq əvəzinə, jurnalların üz qabığında yer almasını sərt tənqid ediblər. Həmçinin, bəziləri Kristinanın kosmetikadan istifadə etməsini pisləyib. Gənc qızın anası sosial şəbəkələrdəki şərhlərə nəzarət etdiyini bildirib. O, bir neçə qaydaları "Facebook” səhifəsində yazıb:
 
"Bu səhifədə paylaşılan bütün şəkillərə yazılan şərhlər dostyana olmalıdır. Səhifəyə yerləşdirilən və müəyyən yaş kateqoriyasına uyğun olmayan videolar dərhal silinəcək, həmin şəxs isə blok ediləcək”. 



Kristina öz şəkillərini paylaşmır və istifadəçiləri ilə dialoq qurmur. Bütün bunları onun əvəzinə anası edir.
 


 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!