İbrahim Tatlısəsi güllələyən şəxs 36 il həbsdə qalacaq

İbrahim Tatlısəsi güllələyən şəxs 36 il həbsdə qalacaq
Xəbərlər
10.09.2017 11
Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəsə sui-qəsd təşkil edən Abdullah Uçmaka verilən cəza dəyişməyib.
 
Cinayət işinə baxan Apelyasiya Məhkəməsi İstanbul 17. Ağır Cəza Məhkəməsinin hökmünü qüvvədə saxlayıb. 
 
İstanbul 17.Ağır Cəza Məhkəməsinin hökmünə görə sui-qəsdin təşkilatçısı Abdullah Uçmak da daxil olmaqla, cinayətin törədilməsində iştirak edən 12 nəfər 3 ildən 36 ilədək azadlıqdan məhrum ediliblər. A.Uçmak 36 il 6 ay, atəş açan Ersin Altun isə 30 il 1 ay müddətinə həbs olunub. 
 
Qeyd edək ki, 14 mart 2011-ci ildə İbrahim Tatlısəs və köməkçisi Buket Çakıcı ilə "İbo Show” proqramının çəkilişindən çıxarkən 5 nəfərin silahlı hücumuna məruz qalıb və başından güllə yarası almışdı. Hadisə zamanı müğəninin köməkçisi də yaralanmışdı.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!