Tarixdə görünməyən hadisə

Tarixdə görünməyən hadisə
Xəbərlər
10.09.2017 10
Britaniyalı əkizlər Cerom və Carel Spenslər eyni gündə və eyni xəstəxanada ata olublar. Özü də hər iki anadan doğuşu eyni mamaça qəbul edib. 



Belə ehtimal 150 000:1 nisbətindədir. Həmçinin hər iki qardaşın oğlu olduğu bildirilir.



21 yaşlı əkizlər əvvəlcə doğuş tarixlərinin eyni günə düşməsindən son dərəcə təəccüblənsələr də, uşaqlarının ad gününü eyni gündə qeyd edəcəklərinə inanmayıblar. Lakin uşaqlar bir neçə saatlıq fərqlə Vulverhempton xəstəxanasında dünyaya gəliblər. İlk olaraq Ceromun oğlu anadan olub. Onun adını Kemeron qoyublar. Carelin oğluna isə Kassen adı qoyulub.



Əkizlərin sözlərinə görə, onlar eyni gündə oğul atası olublar ki, bu da "son dərəcə heyrətamizdir".



Doğuşları qəbul edən mamaça Barbara Kapur deyib: "Mən heç vaxt belə şey görməmişdim və eşitməmişdim. Bu, çox qəribədir".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!