Viktoriya Bekhemdən QİÇS-lə mübarizəyə dəstək - fotolar

Viktoriya Bekhemdən QİÇS-lə mübarizəyə dəstək - fotolar
Xəbərlər
10.09.2017 12
Dizayner Viktoriya Bekhem QİÇS infeksiyasını təmsil edən, qırmızı lent şəkli olan maykalar təqdim edib. 



Geyimlər dünən QİÇS-lə mübarizə günündə satışa çıxarılıb. Satışdan əldə olunan bütün gəlir BMT-nin xəstəliyə düçar olanlara yardım kampaniyasına təqdim ediləcək. Sözügedən maykaları Viktoriyanın Londondakı butikindən və ulduzun rəsmi saytından əldə etmək olar. Məhsulun qiyməti 90 funt sterlinqdir(təxminən 110 AZN). 



Xatırladaq ki, Viktoriya Bekhem sentyabrın sonlarında BMT-nin QİÇS-lə mübarizə üzrə sülhməramlı səfiri seçilib. O, öz sülhməramlı səfir vəzifəsini böyük məmnuniyyətlə yerinə yetirir. Belə ki, V.Bekhem BMT-nin Assambleyasında iştirak etmək üçün hətta Londonda öz butikinin açılışına qatılmaqdan da imtina etmişdi. 
 


 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!