"Soyuq əllər, İsti ürəklər" yarmarkası başladı - fotolar

Xəbərlər
10.09.2017 10
Bu gün "Soyuq əllər, İsti ürəklər" adlı Xeyriyyə Yarmarkasının açılış mərasimi baş tutub.
 
Fəvvarələr meydanında gerçəkləşən gecənin aparıcısı şoumen Murad Dadaşov olub. O, tədbiri giriş sözü ilə açaraq, bunları deyib:
"Hava çox soyuqdur. Amma qəlbimiz çox istidir. Əbəs yerə yarmarkamızın adı "Soyuq əllər, İsti ürək" deyil ki... Bu tədbirin təşkilatçısı Ülviyyə Rəhmanovaya belə gözəllik üçün təşəkkür edirik".
"Nargis" Nəşriyyat Evinin rəhbəri Ülviyyə Rəhmanova çıxış edərək hər kəsə təşəkkür edib:
"Bilirəm hamınıza soyuqdur. Elə mən də üşüyürəm. Soyuq havaya baxmayaraq, bura gəlib bizimlə olan hər kəsə təşəkkür edirəm".
Ü.Rəhmanova daha sonra yarmarkanın meri seçilən Miri Yusifə böyük açar təqdim edib.
Təəssüratlarını bizimlə bölüşən Miri Yusif mer seçilməyinin onun üçün gözlənilməz olduğunu bildirib:
"Ötən il yarmarkaya qonaq kimi qatılmışdım. Bu dəfə mer seçildim. eşidəndə çox sevindim. Mənə səs verən pərəstişkarlarıma təşəkkür edirəm".



Gecədə Sevda Yahyayeva sevilən mahnılarını səsləndirib.
Qeyd edək ki, 2015-ci il yanvarın 4-dək davam edəcək yarmarkada paytaxt sakinlərini və qonaqları cürbəcür hədiyyələr, maraqlı şou proqram, eləcə də qış rəmzi olan əşyaların satışı üçün yeni il bazarı gözləyir. 



Fəvvarələr Meydanında eləcə də Yeni İlin əsas rəmzi olan 22 metr hündürlüyündə yolka quraşdırılıb.



Foto: Rəşad ABBASOV
 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!