Kərəm Bursin sevgilisindən ayrıldı

Kərəm Bursin sevgilisindən ayrıldı
Xəbərlər
10.09.2017 41
"Şərəf məsələsi” serialı ilə ekranlara qayıdacaq aktyor Kərəm Bursin "Günəşi gözləyərkən” serialından tanış olduğu sevgilisi, aktrisa Yağmur Tanrısevsindən ayrılıb.

Ilk vaxtlar münasibətlərini mediadan gizlətməyə çalışan cütlük bir müddət sonra kameralar önünə əl-ələ çıxmışdılar. Amma yayılan son məlumatlara görə, romantik cütlük artıq bir aydır ki, ayrılıb.

Qeyd edək ki, Y.Tanrısevsinin "Qaçaq”, K.Bursinin isə "Unutsam, pıçılda”” və "Şərəf məsələsi” filmlərində ayrı-ayrılıqda çəkilmələri və bir-birlərindən uzun müddət ayrı qalmalarının cütlüyün münasibətlərinin bitməsinə səbəb olduğu deyilir. 

Ötən gün barmağında üzüklə görüntülənən Kərəm "Özüm aldım” açıqlamasını vermişdi. O, "GQ Men of The Year” mükafatlandırma mərasiminə də sevgilisi ilə deyil, anası ilə qatılmışdı.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!