Dilarə və Eldar konsert verdilər – sahibsiz itlər üçün

Dilarə və Eldar konsert verdilər – sahibsiz itlər üçün
Xəbərlər
10.09.2017 35
"Eurovision” təmsilçilərimiz Dilarə Kazımova və Eldar Qasımovun iştirakı ilə konsert proqramı keçirilib.

"B.A.R.S. sahibsiz heyvanlara qayğı” yardım fondu tərəfindən təşkil olunan gecə "Bakı Caz Mərkəzi”ndə gerçəkləşib.

D.Kazımova konsertlə bağlı təəssüratlarını əməkdaşımızla bölüşüb:
"Mən də B.A.R.S. təşkilatının üzvüyəm. Təşkil olunmuş bu tip tədbirlərdə yaxından iştirak etməyə çalışıram. Konsertdən yığılan bütün vəsait sahibsiz itlər üçün tikiləcək yuvalara sərf olunacaq. Belə soyuq havada onların tez bir zamanda isti bir yerə ehtiyacları var”.
E.Qasımov isə belə tədbirlərin çox olmasını arzulayıb:

"Çox gözəl bir layihədir. Cəmiyyətimizin sağlamlığı üçün belə tədbirlər çox vacibdir və düşünürəm ki, bu layihə həm mənim, həm də həmkarlarım, cəmiyyətimiz üçün çox vacibdir. Ona görə ki, biz xeyrxahlıqla məşğuluq və insanları buna cəlb edirik. Mən qürur hissi duyuram”.
Gecədə ifaçılar Azad Şabanov, Mikayıl Rəfiyev, "Excellent” Music Band qrupu da iştirak edib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!