MTRŞ-dan Mətanətin efirdə "şpaqat" açmasına münasibət

MTRŞ-dan Mətanətin efirdə
Xəbərlər
10.09.2017 26
ATV telekanalında yayımlanan "Gündəlik” verilişinin aparıcısı Mətanət Əliverdiyevanın efirdə "şpaqat” açması sosial şəbəkələrdə onun ünvanına sərt tənqidlərin yazılması ilə nəticələnib.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) monitorinq şöbəsinin sədri Təvəkkül Dadaşov açıqlamasında qeyd edib ki, ATV kanalında yayımlanan "Gündəlik” verilişi şou xarakterli olduğundan kənaraçıxma hallarının olması mümkündür:
"Nəzərə alsaq da ki, canlı yayımdır, həm də şou verilişidir, aparıcının hərəkətində qəbahətli bir şey yoxdur”.
T.Dadaşov qeyd edib ki, aparıcının çıxışında qeyri-etik hərəkət olmadığına görə  Milli Televiziya və Radio Şurası tərəfindən telekanal rəhbərliyinə hər hansı irad olmayacaq: 

"Həmin vaxt aparıcının hərəkətində qanunvericiliyin pozulması halı olmadığına görə, MTRŞ hər hansı addım atmayacaq. Əgər onun hərəkəti ictimaiyyətin narazılığına səbəb olubsa, məsləhətdir ki, Mətanət Əliverdiyeva özü bunları nəzərə alıb, gələcək fəaliyyətini reaksiyalara uyğunlaşdırsın”.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!