Bakı bulvarı Yeni ili necə qarşılayacaq?

Bakı bulvarı Yeni ili necə qarşılayacaq?
Xəbərlər
10.09.2017 19
"Yeni il bayramı ilə əlaqədar Bakı bulvarının müxtəlif yerlərində 10 yolka quraşdırılacaq"
Bunu Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib.
Onun sözlərinə görə, yolkaların 8-nin hündürlüyü 7-10 metrədək, 2-nin hündürlüyü isə 20 metrdən artıq olacaq. Böyük yolkaların biri Azərbaycan Dövlət Kukla Teatrının arxasındakı meydançada, digəri isə yeni bulvarda – Əl Oyunları Sarayından Dövlət Bayrağı Meydanına qədər olan ərazidə quraşdırılacaq. Hər bir yolkanın ətrafında bir Şaxta Baba və bir Qar Qız fəaliyyət göstərəcək. Yolkalar hazır olduqdan - dekabrın 20-dən sonra bulvarda Şaxta Baba və Qar Qızın fəaliyyətə başlayacağı gözlənilir.
N.Məcidov bildirib ki, dekabrın 20-dən başlayaraq bulvarın bir hissəsində "işıq şou”su keçiriləcək. Bu şou təxminən yanvarın 5-dək hər axşam olacaq: "İşıq şousu çox maraqlı olacaq. Bulvardakı təbii şam ağacları cürbəcür bəzənəcək və onlar işıqlandırılacaq”.
O, dekabrın 31-də bulvarda atəşfəşanlığın olacağını da söyləyib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!