Səidədən Elnarəyə cavab: "Başından böyük danışma"

Səidədən Elnarəyə cavab:
Xəbərlər
10.09.2017 27
Müğənni Səidə Sultan həmkarı Elnarə Xəlilovanın onun haqqında dediyi sözlərə münasibət bildirib.
Qadınlar.biz-ın məlumatına görə, sənətçi əməkdaşı ilə söhbətində bunları deyib: "Hansısa bir müğənninin həmkarını tanımadığını söyləməsi gülməlidir. Elnarəyə deyirəm ki, başından böyük danışma. Hamı bir-birini çox gözəl tanıyır. Sənətə gəldikdə isə... Sən Konservatoriyanı bitirmisən, mən İncəsənəti. Mən də Vaqif Gərayzadənin tələbəsi olmuşam, sən də... Sən xanəndəliyi bitirmisən, mən də xanəndəlik oxumuşam. Səsə qaldıqda isə... Səsimlə səni yeyərəm. Zövqə gəldikdə, bağışla, bacı, sənin doğrudan da zövqün yoxdur. Düz sözdən inciməli nə var ki? Həmişə səviyyəsiz səviyyədən danışır. Müğənnilərə səslənirəm: deməyin ki, filan müğənnini tanımıram. Maskaları çıxardaq, bir-birimizi aldatmayaq”.
Xatırladaq ki, E.Xəlilova müsahibəsində Səidə Sultanla bağlı bu açıqlamaları vermişdi: "Elə bir həmkarımı tanımıram. Mən onunla eyni qrupda oxumamışam. Məndən sonra o qrupda ola bilər. Onu həmkar olaraq hələ ki, tanımıram. Mən Milli Konservatoriyanın məzunuyam, peşəkar, ali savadlı xanəndəyəm. O gərək, mənim statusumda olsun ki, həmkarım hesab edilsin. Başa düşdünüz də? Mənim həmkarlarım Röya Ayxan, Natəvan Həbibi, İradə İbrahimova və Samira Allahverdidir”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!