Məşhur aktrisa: Özüm istədim ki, uşağım olmasın

Məşhur aktrisa: Özüm istədim ki, uşağım olmasın
Xəbərlər
10.09.2017 15
Məşhur aktrisa: Özüm istədim ki, uşağım olmasın
"Bunun səbəbi karyera deyildi”.
"Qanlı yanvar” filminin çəkilişləri üçün Azərbaycana gələn Nebahat Çehre şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verib.
 
 Aktrisa ana olmamağının səbəbini açıqlayıb:
"Müstəqillik uğrunda gedən müharibə ilə bağlı bir ssenari gəldi. Bu mövzularda çox həssasam. Təklifi zövqlə qəbul etdim. Çəkilişlər çox gözəl keçdi. Filmdə bir ananı oynayıram. Bu, digər canlandırdığım ana xarakterlərindən fərqlidir. Təbii, heç makiyaj etməyən bir qadındır. İki övladının xoşbəxt olması üçün, ocağının işığı sönməsin deyə çalışan, nəvələrini görmək üçün mübarizə aparan bir ananı canlandırıram.
 Ana deyiləm, uşağım yoxdur. Özüm istəyərək uşaq sahibi olmadım. Bunun səbəbi karyera deyildi. Mən uşaq yaşlarımda atamı itirdim. 5 yaşımda Samsundan İstanbula gəldim. Anamın sonrakı həyat yoldaşı bir hakim idi. Ögey atamı sevə bilmədim. Hesab edirəm ki, bu düşüncə o zamandan qaldı və uşaq sahibi olmaq istəmədim. Uşaqların ana-atayla birlikdə xoşbəxtlik içində böyüməsini istəyən biriyəm. Çox təbii yaşayıram. Erkən yatıram, sakit bir həyatım, gözəl dostlarım var
”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!