Voleyboçumuz ana oldu

Voleyboçumuz ana oldu
Xəbərlər
10.09.2017 61
Məşhur azərbaycanlı voleybolçu Valeriya Korotenko ana olub.
30 yaşlı voleybolçu bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.
"Mənim böyük xoşbəxtliyim dünyaya gəldi. Mən anayam” - deyə yazaraq sevincini bölüşən idmançı, övladını dekabrın 12-də gündüz saatlarında dünyaya gətirdiyini də qeyd edib.
Bu ilin may ayında voleybolçunun bətnində olan körpəsini itirməsi ilə bağlı xəbərlər yayılmış və o, bundan çox qəzəblənmişdi. Daha sonra Korotenko, mətbuatda yayılan məlumatın doğru olmadığını, lakin analıq xoşbəxtliyinin qapısını döyəcəyi günü gözlədiyini bildirmişdi.
Xatırladaq ki, Azərbaycanın "Azərreyl”, "Lokomotiv” və "Azəryol”, İsveçrənin "Volero” və Türkiyənin "Fenerbahçe” komandalarında çıxış etmiş Korotenko cüdoçu Nicat Məmmədov ilə evlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!