Bakı Ağ Şəhərdən yeni fotolar

Bakı Ağ Şəhərdən yeni fotolar
Xəbərlər
10.09.2017 26
Bakının Xətai rayonunda, əvvəllər Qara Şəhər adlanan ərazidə inşa olunan Bakı Ağ Şəhərdə (Baku White City) işlər sürətlə davam etdirilir.
 
Kompleksdə artıq bir neçə yaşayış və ofis binasının əsas tikinti mərhələsi geridə qalıb. Hazırda ərazidə digər binaların tikintisi, eləcə də torpağın təmizlənməsi, yaşıllıqların salınması, kommunikasıya xətlərinin çəkilməsi və digər istiqamətlərdə iş sürətlə davam etdirilir.
Qeyd edək ki, sahəsi 221 ha olan bu ərazi şəhərin müasir mərkəzi kimi bir anlayışı tamamilə dəyişərək və genişləndirərək, yeni bir sima alacaq. Bakı Ağ Şəhər layihəsinin baş planı sakinlərə yaşayış, iş, istirahət və əyləncələr üçün ən yaxşı şərait təqdim edəcəyi 10 şəhər tipli universal kvartalın yaradılmasını nəzərdə tutur.
Bakının müasir mərkəzi həm də şəhər nəqliyyatının yeni şəbəkəsinin yaradılması sayəsində universal olacaq. Belə ki, burada Bakı Ağ Şəhərinin mərkəzi meydanına çıxışı olan metro stansiyasının inşa olunması, habelə avtobus nəqliyyatı şəbəkəsinin inkişaf etdirilməsi nəzərdə tutulub. Bütün sahil boyu tramvay xəttinin çəkilməsi da planlaşdırılır. Bununla yanaşı, su nəqliyyatından istifadə edilməsi üçün bütün Bulvar xətti boyu dəniz yolunun salınması da nəzərdə tutulub.
Bakı Ağ Şəhər layihəsinin infrastruktur kommunikasiyalarının işçi layihələri "Azəryolservis”, "Azərelektrikşəbəkə”, "Azəriqaz”, "Aztelekom” və bu kimi müvafiq dövlət təşkilatları ilə razılaşdırılıb.
Bakı Ağ Şəhər layihəsi üzərində işləmək üçün azərbaycanlı mütəxəssislərlə yanaşı, mühəndis dizaynı sahəsində ixtisaslaşan "Atkins” (Böyük Britaniya) şirkətindən əlavə, "Foster + Rartners” və "F+A Architects” kimi məşhur memarlıq şirkətləri də cəlb edilib.
 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!