Azərbaycanlı aparıcı: "O, məni ən sevdiyim yerə, öz ürəyinə aparıb"

Azərbaycanlı aparıcı:
Xəbərlər
10.09.2017 20
Aytən Əliyevanın sual-cavabını təqdim edir.
Aytən illər öncə AzTV-nin "Tələbə klubu”, "ATV-nin "Son xəbər” proqramlarında görünsə də, bu gün onu əsl yemək uzmanı adlandırmaq olar. Xanım teleaparıcı ciddi xəbər sahəsindən sonra Xəzər TV-nin "Nuş olsun” və ardınca Space telekanalının "Bizim mətbəx” şousunda tamaçıların qarşısına çıxdı.  
 
- Aparıcı nə aparır?
- Bəzi aparıcılar nə aparırır bəzən başa düşmürəm. Amma mən ən sevdiyimi aparıram.
 
- Sevdiyinizi hara aparırsız?
- Əvvəlcə tamaşaçının gözlərinə, oradan da ürəyinə və ağlına…
 
- Bəs sevdiyiniz sizi hara aparır?
- O, məni ən sevdiyim yerə, öz ürəyinə aparıb.
 
- Nəyi aparmaq istəməzdiniz?
- İçimdəki qorxu hissini.
 
- Özünü pis aparmaq olar?
- Mən bacarmıram, amma bəzən lazımdır.
 
- Kim sizdən nə apardı?
- Bəzi insanlar insanlığa olan sevgi və inamımı apardı.
 
- Kimin aparmasını istəməzdiniz?
- Apara bilməyənin.
 
- Ən çətin nə aparmaqdır?
- Düzgün, vicdanlı və təmiz həyat tərzini.
 
- Sizdən nəyi aparsınlar?
- Həyatıma pərçim olan pis insanları aparsınlar.
 
- Bu dünyadan nə aparacaqsınız?
- Allaha sevgini!!!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!