"Oğlanlarımla problem yaşayıram" - Mətanət Əliverdiyeva

Xəbərlər
10.09.2017 75
"Gün ərzində 4 saat yuxu yatıram. Demək olar ki, yuxu üzünə həsrətəm. Amma bu, məndə stress yaratmır”.
 
Bu sözləri "Çox yaşa” verilişinin qonağı olan aparıcı Mətanət Əliverdiyeva deyib. O, evə gecə saat 11-də gedib çatdığını bildirib:
"Səhər saat 5-də oyanıram, 8-də radioda efirim başlayır. Evə axşam saat 11-də çatıram. Elə bil, oteldir, yatmağa gedirik. Evə çatandan sonra isə iş görürəm: dağınıq paltarlar, bulaşıq qablar. Onları yığışdıranda əsəbləşirəm. Mənim həyat tərzim bu cürdür. Çoxları deyir 15 saatlıq iş rejimi çətindir, stress yaradır. Amma mən stressi yaxınıma buraxmıram, həyatı sevirəm. İşdə dincəlirəm, həzz alıram. Hətta tıxacda 7 saat qaldığım vaxt da olub. Amma mən əsəbləşməmişəm, o müddəti rahat keçirmişəm. Dincəlmək mənlik deyil. Bir gün istirahətim oldu, özümü elə pis hiss etdim ki: əzgin, yorğun”.
Övladlarından danışan M.Əliverdiyeva oğlanları ilə yaşadığı problemlərdən söz açıb:
"Pul mənim üçün əsas deyil. Övladlarım daha vacibdir. Oğlanlarımla problem yaşayıram. İki oğlumun yaş fərqi çoxdur: birinin 23, digərinin 7 yaşı var. Amma balaca oğlum 70 yaşlı kişi kimidir. Onun dediyi olmalıdır. Böyük oğlum özüm kimidir. Balaca məni qısqanır, darıxır. Onlara vaxt ayırmıram, məni az görürlər”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!