Mələkxanım Əyyubovanın oğlu "facebook"u geridə qoydu

Mələkxanım Əyyubovanın oğlu
Xəbərlər
10.09.2017 11
Son vaxtlar yaratdığı "Hara gedək?” adlı proqramla gündəmdə olan kompüter üzrə azərbaycanlı mütəxəssis Cəfər Nəcəfovun xalq artisti Mələkxanım Əyyubovanın oğlu olduğu ortaya çıxıb.
Bu haqda muğam ifaçısı sosial şəbəkədə yazıb. O, övladının fotosunu paylaşaraq "Oğlum Cəfərin uğuru” sözlərini yazıb.
Cəfər Nəcəfovun yaratdığı "Hara gedək?" adlı proqram "App Store”da dünyanın məşhur "Facebook”, "WhatsApp”, habelə "İnstagram” kimi proqramlarını geridə qoyub. Yenicə yaranmasına baxmayaraq, artıq bir həftədən çoxdur, top reytinqdə birinci pillədə qərarlaşıb. Bu proqramdan istifadə edənlər olduqları məkanlara yaxın obyektlərin yeri haqda ətraflı məlumat ala bilirlər.
Qeyd edək ki, M.Əyyubova oğlunu bu yaxınlarda evləndirib. Cəfər Səadət adlı xanımla ailə qurub.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!