Madonnanın oğlu anasından utanır

Madonnanın oğlu anasından utanır
Xəbərlər
10.09.2017 37
56 yaşlı Madonna öz açıq-saçıq şəkilləri ilə publikanı heyran etməyi sevsə də, bu fotolar heç də hər kəsin ürəyincə deyil.
İfaçının Qay Riçi ilə nikahından dünyaya gələn oğlu Rokko Madonnanın çılpaq çəkildiyi şəkillərdən çox utandığını və onları ümumiyyətlə görmək istəmədiyini deyib.
Müğənninin qızı Lurdes isə bunun tam əksini söyləyib.
"Lola anasının onun libaslarını geyinməsindən və olduğundan daha cavan görünməyə çalışmasından çox məmnundur. Lurdes anasının bu hərəkətlərini feminizmin qələbəsi olaraq qəbul edir” – deyə ailə yaxınlarından biri bildirib.
Həmçinin, Lurdesin anasının yalnız ona deyil, bütün kollec tələbələrinə təsir etməsini arzuladığı da məlum olub. Lola Madonnanı kollecdə "pop mədəniyyətdə qadının rolu” mövzusunda leksiya demək üçün razı salmağa çalışır:
"Lola tez-tez Rokkoya sakitləşməyi və anasının işlərinə qarışmamağı məsləhət görür”.
Qeyd edək ki, Madonnanın davranışları onun yaxşı ana olmasını şübhə altına alır. Belə ki, bu yaxınlarda müğənninin narkotikin bütün növlərindən istifadə etdiyi açıqlaması gündəmi zəbt edib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!