Yeddi şagird məktəb gəzintisindən hamilə qayıtdı

Yeddi şagird məktəb gəzintisindən hamilə qayıtdı
Xəbərlər
10.09.2017 51
Bosniyada 7 şagird məktəb gəzintisindən hamilə qayıtdı.
Qadinlar.Biz-in məlumatına görə, gəzintiyə məktəb kollektivi ilə gedən həmin qızların 13-14 yaşları olub.
Bu hadisə ölkədə ciddi çaxnaşma yaradıb. Bir çox valideynlər məktəblərdə cinsi tərbiyə dərslərinin tədrisinin dayandırılmasını tələb edirlər. Onların fikrincə, bu dərslər uşaqları cinsi əlaqəyə girməyə təşviq edir.
Sarayevoda qadın xəstəlikləri üzrə mütəxəssis Senad Mehmetbasiç isə bu dərslərin yığışdırılmasının əleyhinədir. Onun fikrincə, uşaqlar cinsi həyatı küçələrdə deyil, məktəblərdə öyrənməlidirlər.
Səhiyyə nümayəndələri isə belə vəziyyətin yaranmasında valideynlərin məsuliyyətinin daha böyük olduğunu, ancaq təhsil sistemində də problemlərin olduğunu deyib.
Qeyd edək ki, Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda təkcə keçən il 31 yetkinlik yaşına çatmamış qız hamilə qalmışdı.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!