Elzadan ŞOK açıqlama: “İcra başçıları təklif edir ki...”

Elzadan ŞOK açıqlama: “İcra başçıları təklif edir ki...”
Xəbərlər
10.09.2017 35
Azərbaycanın əməkdar artisti, bəstəkar-müğənni Elza Seyidcahan
2015-ci ildə keçiriləcək parlament seçkilərində namizədliyini irəli
sürəcək.
 
Bu barədə müğənni
özü məlumat verib. O qeyd edib ki, əgər dövlətimiz məsləhət görərsə,
millət vəkilliyinə öz namizədliyini verəcək:
 
"Hər kəs öz sənətinin millət vəkilidir. Biz də neçə illərdir ki,
hörmətli millət vəkillərimizlə birlikdə dövlət tədbirlərində iştirak
edirik. Əgər biz həmin tədbirlərdə özümüzü doğrultmasaydıq, millət
vəkilləri bizi həmin yerlərə aparmazdılar. Mən xarici ölkələrdəki
konsertlərimdən sonra səfirliklər tərəfindən deputatlığa namizədliyimi
verməyimlə bağlı bir çox təkliflər alıram. Səfirliklərdən bildirirlər
ki, mən millət vəkili və diplomat xanımam. Tək başına apardığım
konsertlərimdə də Azərbaycanın, Qarabağın tarixindən bəhs edən kitabları
Avropada yaymışam. Hər zaman konsertlərə gedəndə özümlə bərabər çoxlu
kitablar aparıram. Həmin kitablarda isə Azərbaycanın musiqisi,
incəsənətindən bəhs olunur. Bədxah qonşularımızın bizim başımıza
gətirdikləri faciələrdən bəhs edən kitablarını da xarici ölkə
vətəndaşlarına paylamışam
”.
 
Müğənni bildirib ki, bəzi icra başçıları ona millət vəkili olmağı təklif edirlər.
 
"Rayon icra başçıları isə deyirlər ki, həmin bölgədən millət vəkili
olsam, mənimlə fəxr edəcəklər. Mən insanlarla dil tapmağı çox gözəl
bacarıram. Arif Məlikov da uzun illər millət vəkili olub. Dəyərli
sənətkarımız Zeynəb Xanlarova da millət vəkilidir. Əgər dövlətimiz
məsləhət görərsə, mən də millət vəkilliyinə öz namizədliyimi verəcəyəm.
Niyə də olmasın ki? Mən bunu özümə şan-şöhrət deyil, borc bilərəm.
Bakının kəndlərinə baxdıqca fəxr edirəm. Kəndlərimiz avropalaşıb
”.
 
Əməkdar artist qeyd edib ki, seçkilər zamanı onun seçilmə ehtimalı daha çoxdur. Çünki, bölgələrdə hər kəs onu sevir:
 
"Deputat seçilmə ehtimalım daha yüksəkdir. Neçə illərdir ki, mən
Azərbaycanın rayonlarını qarış-qarış gəzib, istedad sorağına çıxmışam.
Bölgələrdə yaşayan xalqımızın mənə qarşı olan istək və rəğbətini
görmüşəm. Özümü xalqımızın və dövlətimizin yolunda xidmət etməyə
nizamlamışam. Xaricdən isə mənə təkliflər gəlir ki, gedib orada yaşayım.
Mən xalqımızı, vətənimizi və dövlət başçımızı sevdiyim üçün başqa
ölkədə yaşamağı da özümə rəva bilmirəm
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!