Zaur televiziyaya qayıdır

Zaur televiziyaya qayıdır
Xəbərlər
10.09.2017 34
Bir müddətdir televiziyadan kənar düşən aparıcı Zaur Nəbioğludan xəbər var.
Aparıcı 2015-ci ildə yeni layihə hazırlayacağını bildirib:
"Bu il yaddaşımda həm xoş, həm də pis anlarla qaldı. Uğurlu çəkilişlər etdikdən sonra fəaliyyətimə bir az ara verdim. Ən əsası isə dayı oldum. 2015-ci ildən yalnız xoş günlər gözləyirəm. Çox fərqli və böyük formatlı layihə ilə televiziyaya qayıdacağam. Yaxın günlərdə həmin verilişin anonsu yayımlanacaq. Bu işin gerçəkləşməsində mənə güvənən, dəstək olan hər kəsə təşəkkürümü bildirirəm".
Zaur  son vaxtlar sosial şəbəkədə paylaşdığı şeirlərdən də danışıb:
"Bu şeirləri özüm yazıram. 90 faizi sevgidən bəhs edir. Kimə həsr etdiyim isə hələ ki, sual altındadır. O sualın cavabını tam olaraq özüm də bilmirəm".
Qeyd edək ki, Z.Nəbioğlu Yeni ili iş başında qarşılayacaq. O, türkiyəli müğənnilər Gökçə və Gülşənin Şamaxıda verəcəkləri konsertin aparıcılığını edəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!