Məşhur türk aktrisasından Azərbaycana təhqir

Məşhur türk aktrisasından Azərbaycana təhqir
Xəbərlər
10.09.2017 23
Məşhur türk aktrisasından Azərbaycana təhqir
"Azərbaycandan saxta diplom alıb prezidentliyə namizəd olacam”.
Türkiyənin tanınmış aktrisalarından biri Azərbaycandan saxta, dəyərsiz
diplom almaq niyyətindəri.
Müjdə Ar "Hürriyət"
qəzetinə müsahibəsində belə deyib.

"Siyasətlə məşğul olmaq haqqında düşünürsünüzmü?” sualına cavabında
aktrisa növbəti seçkilərdə prezidentliyə namizədliyini irəli sürəcəyini
deyib.
Aktrisa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın uzun müddət gündəmdən
düşməyən Ağ sarayına da söz atıb. Belə ki, o, seçkiləri qazana bilsə bu
sarayı film çəkilişləri üçün meydançaya çevirəcəyini deyib.
Diplomu belə olmayan, əsasən 1980-cı illərdə çəkilən türk seriallarında
açıq-saçıq obrazları ilə seçilən aktrisanın bunu necə edəcəyi barədə
suala isə heç düşünmədən Azərbaycandan dəyərsiz diplom alacağını deyib.
Geniş müsahibəsində o, Rusiya lideri Vladimir Putinin Ərdoğanın yeni
iqamətgahını nə üçün bəyəndiyini anlamadığını da deyib. "Yəqin Sankt
Peterburqdakı Ermitaja bənzədib”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!