Aygün "O səs Türkiyə"nin duelində qalib oldu

Aygün
Xəbərlər
10.09.2017 24
Türkiyədə yaşayan azərbaycanlı müğənni Aygün İsmayılova Miyak "O səs Türkiyə” müsabiqəsində duelə çıxıb.
Mazhar-Özkan cütlüyünü seçmiş Aygün Ezgi Delal adlı komanda yoldaşıyla Uitney Hyustonun repertuarından "How will I know" mahnısını səsləndirib.
Mazhar Alanson və Özkan sonda həmyerlimizi seçərək, yarışmaya onunla davam etmək istədiklərini deyiblər.
Sənətçinin həyat yoldaşı Haluk Mıyak yenə də Aygünə dəstək üçün gələnlər arasında olub.
Qeyd edək ki, Acun İlicalının aparıcılığı Türkiyənin "TV8" telekanalında yayımlanan proqramın münsiflər kürsüsündə müğənnilər Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar Alanson və Özkan oturub.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!