Elza Seyidcahandan yeni şeir

Elza Seyidcahandan yeni şeir
Xəbərlər
10.09.2017 15
Əməkdar artist Elza Seyidcahan "Oyun-oyuncaq dünya" adlanan yeni şeir yazıb.

Həmin şeiri sizə təqdim edirik.



Bu dünya bir oyuncaqdır

İçi dolu körpələri…

Mən körpənin oyuncağı

Yeddi notdur

Başqa bir şey deyil!

"Bu dünya

Oyun oyuncaqdan

Başqa bir şey deyil!

Kəsmək-bükmək deyil

Vəsmə çəkmək deyil.

Görün siz nəyədir meyil?

Baxın görün…

Gileyin məğzi,

Küləyin səbəbi?

Oyuncaqları sovurmaq!

Qarlı dağları ovutmaq!

Oyuncaqların davasının savaşı…

Nə şirin oyuncaqmış dünya!?

Çox ağır bir oyuncaqdır,

Gücə gəlməz, Sözə yatmaz!

Yəni sənə çox şirindir

Bu oyuncaq xülya?!

Ay körpə,

Ana südü, dağ çiçəyi

Verdi sənə bu dünya.

Yetməzmi?!

Dəyməz belə savaşa ki,

Körpələrin inqələri,

Oxu atdın, yay gizlədin

İnnələri!!!

İynələri saplamadan.

Naxışların nə civarı?!

Bu dünya

Oyun-oyuncaqdan

Başqa bir şey deyil!

Oyuncaqlardadır feyil davasının xəbəri!

Xəbər gəldi o taydan..,

Yekə bir oyuncaqdır

Oyun çıxdı nə boyda?

Uzunluğu bu boyda!

Boydan-boya düzdülər

Düzdülər, nə düzdülər..

Başqa bir şey deyil!

Bu dünya

Oyun-oyuncaqdan başqa bir şey deyil!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!