Rəqsanə: Bir əldən uşaq dünyaya gətirərdim – Video

Rəqsanə: Bir əldən uşaq dünyaya gətirərdim – Video
Xəbərlər
10.09.2017 32
"Ölürəm uşaq üçün... ”.



Müğənni Rəqsanə İsmayılova "Şou-Biz” verilişinə maraqlı açıqlama verib.



Hər zaman açıqlamaları ilə səs-küy yaradan müğənni Rəqsanə İsmayılova yenə övlad sahibi olmaq istədiyini açıqlayıb.



"Həmişə arzum olub ki, qızım çox olsun. Allah ona görə mənə 2 qız verib, amma çox istəyirəm ki, yenə övladım olsun. Bəlkə elə 2015-də olacaq, nə bilim?! Həqiqi deyirəm, ölürəm uşaq üçün… Hərdən deyirəm ki, ayıbdır, artıq mənim yaşıma yaraşmır – Aysun da özüm boydadır. Amma xoşlayıram da uşaqları, çox xoşlayıram.



Mənə inanın ki, şou-biznesdə olmasaydım, müğənni olmasaydım bəlkə mənim on dənə övladım olardı. Bir əldən, ağ, qara dünyaya uşaq gətirərdim” – deyə "Şou-Biz”in müxbirinə açıqlamasında bildirib.



Qeyd edək ki, müğənni Rəqsanə İsmayılovanın hazırda Aysun və Yağmur adlarında iki qızı var.



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!