"Facebook" insan heyatini xilas etdi

Xəbərlər
10.09.2017 10
Şimali Kaliforniyada 911 xidmətinin dispetçeri "Facebook” sosial şəbəkəsindən hündürlükdən yıxılma nəticəsində ağır zədələnən turistin yerini müəyyənləşdirmək üçün istifadə edib.



Turist Rayn Pritçard oğulu ilə birlikdə səyahətə çıxıb. Məlumata görə, R.Pritçardın ayağı büdrəyib və 45 metr hündürlükdə sıldırım qayadan yıxılıb.



Onun 11 yaşlı oğlu 911 xidmətinə zəng etsə də, olduqları yer barədə məlumat verməzdən əvvəl rabitə əlaqəsi kəsilib. Zərərçəkmişin yerini müəyyənləşdirmək üçün xidmət əməkdaşı turistin "Facebook” səhifəsinə daxil olub və oradakı son xəbərdə faciənin baş verdiyi yerin yaxınlığında çəkilən fotoşəkili görüb.



Sosial şəbəkədəki bu məlumat xilasedicilərə qısa müddətə zərərçəkmiş turisti tapmağa kömək edib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!