60-cı “Eurovision”da 39 ölkə iştirak edəcək

60-cı “Eurovision”da 39 ölkə iştirak edəcək
Xəbərlər
10.09.2017 6
Avstriyanın Vyana şəhərində keçiriləcək "Eurovision-2015” mahnı müsabiqəsində qitənin 39 ölkəsi iştirak edəcək.



Müsabiqənin rəsmi saytında xəbər verilir ki, ötən il iştirakçıların sayı 37 olmuşdu: Kipr, Çexiya və Serbiya yenidən müsabiqəyə qayıdıb, əvəzində isə Ukrayna iştirakdan imtina edib.



60-cı "Eurovision” mahnı müsabiqəsinin iştirakçıları:



Almaniya, Albaniya, Avstriya, Azərbaycan



Belarus, Belçika, Böyük Britaniya



Çex Respublikası,



Danimarka



Estoniya, Ermənistan



Finlandiya, Fransa,



Gürcüstan



İrlandiya, İslandiya, İsrail, İspaniya, İsveçrə, İsveç, İtaliya



Kipr



Latviya, Litva



Macarıstan, Makedoniya, Malta, Moldova, Monteneqro



Niderland, Norveç



Polşa, Portuqaliya



Rumıniya, Rusiya



San Marino, Serbiya, Sloveniya



Yunanıstan



Yarımfinallarda iştirakçıların sayı artan istiqamətdə müəyyən edilib – ilk yarımfinal günü 16, ikincidə 17 ölkənin iştirakçısı səhnəyə çıxacaq.



Finalda isə 10 ölkə, böyük beşliyə daxil olan Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya, eləcə də ev sahibi Avstriyanın təmsilçisi olacaq.



"Eurovision-2015” mahnı müsabiqəsinin püşkatma mərasimi 2015-ci il yanvarın 26-da olacaq: yarımfinallar, müvafiq olaraq, mayın 19 və 21-nə, final isə 23-nə təyin edilib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!