Amerika qanunvericilərinə çağırış

Amerika qanunvericilərinə çağırış
Xəbərlər
10.09.2017 7
ABŞ Azərbaycanlıları Şəbəkəsi Qanlı Yanvar hadisələri barədə ənənəvi yazılı kampaniyaya başlayıb.



Məqsəd Amerika ictimaiyyətinin 1990-cı ilin 20 yanvarında Azərbaycanda törədilmiş faciə barədə Amerika ictimaiyyətini məlumatlandırmaqdır. Şəbəkənin hazırladığı müraciətdə "Human Right Watch” hüquq müdafiə təşkilatının "Azərbaycanda Qanlı Yanvar” adlı hesabatından faktlar göstərilir, habelə sovet ordusu tərəfindən qətlə yetirilmiş dinc Bakı sakinləri barədə statistik məlumatlar verilir.



Müraciətdə deyilir ki, hadisə zamanı 26 minlik sovet qoşunu Bakını işğal edərək dinc əhalini gülləbara edib və nəticədə 147 nəfər həlak olub, xeyli adam itkin düşüb. Sovet qoşunlarının Azərbaycandakı günahsız vətəndaşlara qarşı hücumu 1986-cı ildə Qazaxıstanda və 1989-cu ildə Gürcüstanda törədilmiş bənzər qırğının davamı idi. "Qanlı Yanvar”dan sonra isə bu proses 1991-ci ildə Litvada davam etdirilib.



Amerika ictimaiyyətinə, mətbuatına və bu ölkənin qanunvericilərinə müraciətdə vurğulanır ki, 20 Yanvar hüzn günü olsa da, Azərbaycanda sovet hakimiyyətinini sonu oldu: "20 Yanvar Azərbaycan xalqının yaddaşına matəm səhifəsi kimi daxil oldu, lakin həm də dövlət müstəqilliyinin elan edilməsinə yolu açdı. 25 il keçib, ancaq yanvarın 20-də yenə milyonlarla azərbaycanlı və Azərbaycanın dostları Şəhidlər Xiyabanında uyuyan müstəqillik qurbanlarının əziz xatirəsini yad edir”.



Yazılı kampaniya vasitəsilə ABŞ-ın Azərbaycan icmasının üzvləri Amerika ictimaiyyətinə 20 Yanvar hadisələri barədə məlumat verməklə yanaşı, ölkənin qanunvericilərini bu amansız aksiyanı rəsmən pisləyən qətnamələr qəbul etməyə çağırırlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!