“Samsung Galaxy Grand Max” rəsmən Cənubi Koreyada təqdim olunub

“Samsung Galaxy Grand Max” rəsmən Cənubi Koreyada təqdim olunub
Xəbərlər
10.09.2017 3
"Samsung” şirkəti Cənubi Koreyada orta səviyyəli "Galaxy Grand Max” smartfonunu təqdim edib. Qurğu barədə ilk məlumatlar dekabrın sonunda yayılmağa başlasa da, indi rəsmən öz təsdiqini tapıb. "Samsung Galaxy Grand Max” artıq istehsalçının ölkəsində 290 dollara satışa çıxarılıb. Şirkət smartfonu digər ölkələrdə buraxmaqla bağlı planı barədə məlumat verməyib. "Android KitKat” əməliyyat sisteminin idarəetməsi ilə işləyən aparat 1280х720 piksel təsvir ölçülü 5,25 düym ekranla təchiz edilib. Smartfonun əsasını 1,2 giqahers takt tezlikli dördnüvəli prosessor təşkil edir. Bunun "Qualcomm Snapdragon 410” prosessoru olduğu ehtimal edilir.



"Grand Max” işıqlandırıcıya malik 13 meqapikselli arxa və 120 baxış bucaqlı 5 meqapikselli ön kamera ilə təchiz olunub. "LTE Cat. 4” şəbəkəsini dəstəkləyən aparat 1,5 giqabayt tutumlu operativ və "microSD” sayəsində genişləndirilə bilən 16 giqabaytlıq daxili yaddaşa, həmçinin 2500 milliamper/saat tutumlu akkumulyatora malikdir. Qurğunun ölçüsü 146 x 74,8 x 7,9 mm, çəkisi 161 qram təşkil edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!