Çin “iPhone” satışına görə lider oldu

Çin “iPhone” satışına görə lider oldu
Xəbərlər
10.09.2017 26
"iPhone 6” və "iPhone 6 Plus” modellərinin çıxarılması sayəsində "iPhone”un satış həcminə görə Çin ilk dəfə dünyanın ən böyük bazarı olan ABŞ-ı ötüb



Analitiklərin məlumatına görə, ötən ilin dördüncü rübündə "Apple”ın tədarük edilmiş smartfonlarının 35 faizi Çin bazarının payına düşüb, halbuki ABŞ üçün bu göstərici 24 faiz təşkil edib.



Ekspertlərin qiymətləndirməsinə görə, ötən ilin son rübündə "Apple”  69,3 milyon smartfon satıb ki, bu da rekord göstəricidir. Hələ payızda "alma” şirkətinin direktoru Tim Kuk bildirmişdi ki, çox güman ki, zamanla Çin "Apple”ın ən böyük gəlir mənbələrindən biri olacaq.



Ötən ilin noyabrına olan məlumata görə, "Samsung” Çində ən nüfuzlu mobil brendlərin reytinqində aparıcı mövqeyini "Apple” şirkətinə verib. Cənubi Koreya şirkəti 2012-ci ildən reytinqdə liderlik edib. 2014-cü ildə amerikalılar Çində istehlakçıların brendə loyallığını yüksəltməyə nail olub.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!