"Üç gündür yoldaşımla küsülüyük" - Xatirə

Xəbərlər
10.09.2017 4
Müğənni Xatirə İslam ailəsindən bəhs edib.



Sənətçi harasa gedəndə həyat yoldaşı ilə bir-birlərindən icazə almadığını deyib:



"Harasa gedəndə həyat yoldaşımdan icazə almıram. Fəxrəddin soruşanda deyirəm ki, bu gün toydayam. O da gecikəndə deyir, Xatirə, bu gün gec gələcəm. Bir-birimizdən icazə almasaq da, getdiyimiz yerdən xəbərimiz olur. Bir şeyi etiraf edim: üç gündür yoldaşımla küsülüyük, danışmırıq. Uşağı götürüb ondan xəbərsiz getmişdik anamgilə. İki gündən sonra zəng etdim, amma gəlib bizi evə aparmadı ki, necə getmisən, elə də gəl. İndi xanımlar gəzmək, küçədə dolaşmaq istəyir. Evdar qadının evdə oturmasına normal baxıram. Otursun, uşağına baxsın, onun çöldə nə işi var? Mən müğənniyəm, sənət adamıyam, 15 ildir çöllərdəyəm, kişi kimi qadınam. Amma yenə də yoldaşımı hər şeydən xəbərdar edirəm”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!