Aygün "O səs Türkiyə"də coşdurdu

Aygün
Xəbərlər
10.09.2017 15
"O səs Türkiyə"də növbəti mərhələ başlayıb



"Birə bir" adlanan turun ilk gecəsində azərbaycanlı müğənni Aygün İsmayılova Miyak səhnəyə çıxıb. Keçən tur komanda yoldaşı Ezgi Delalı dueldə məğlub edən həmyerlimiz bu dəfə Büşra adlı rəqibiylə yarışıb.



Aygün "Skunk Anansie"nin repertuarından "Charlie Big Potato" rok mahnısını solo ifa edib. O, fərqli səsiylə bütün münsiflərin rəğbətini bir daha qazanıb.



Sonda komanda rəhbəri Mazhar Alanson və Özkan cütlüyünün qərarıyla Türkiyədə yaşayan həmyerlimiz növbəti mərhələyə keçib.



Qeyd edək ki, TV8 telekanalında Acun Ilıcalının aparıcı olduğu səs yarışmasının münsiflər heyətində məşhur müğənnilər Ebru Gündeş, Hadisə, Mazhar-Özkan cütlüyü və Gökhan Özoğuz otururlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!