"Qanlı Yanvar" filmi təqdim olundu - fotolar

Xəbərlər
10.09.2017 11
Dünən Nizami Kino Mərkəzində Vahid Mustafayevin "Qanlı Yanvar" filminin təqdimatı olub.

Qala gecəsində Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, millət vəkili, yazıçı Aqil Abbas, Yazıçılar Birliyinin sədri Anar, millət vəkili Qənirə Paşayeva, xalq artistləri Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, Faiq Ağayev iştirak edib. 20 Yanvar hadisələrindən bəhs edən filmdə türk kinosunun canlı əfsanəsi Nəbahət Çehrə, dünya şöhrətli amerikalı aktyor Leyn Devis, rus xalqının təmsilçisi, görkəmli aktyor Yuri Baliyev iştirak ediblər. Çəkiliş qrupuna İranın peşəkar kino mütəxəssisləri daxildir.

Film nümayişindən sonra səhnəyə çıxan Vahid Mustafayev ekran işini 63 günə çəkdiklərini deyərək, onun hazırlanmasında iştirak və kömək edən hər kəsə təşəkkürünü bildirib:

 

"Azərbaycanın müstəqilliyinə heç kim mane ola bilməz. Ali Baş Komandanın əmriylə hər kəsi məğlub etməyə qadirik. Bu beynəlxalq filmdir. Bura Türkiyədən, İrandan, Rusiyadan, Amerikadan aktyorlar cəlb etmişik. Ekran işi bir çox bölgələrdə də nümayiş olunacaq".

Aktrisa Nəbahət Çehrə isə danışarkən kövrəlib:

 

"Nə yaxşı ki, filmdə iştirak üçün məni də çağırdılar. Əminəm ki, şəhidlər bizə cənnətdən baxırlar. Çox sevinirəm ki, qazandığınız uğuru sizinlə bir qeyd edirəm. Belə bir ssenaridə rol almaqdan qürur duyuram".

Aktyor Leyn Devis də Azərbaycanda olduğuna görə şad olduğunu vurğulayıb:

"Həm də ona görə şadam ki, məni bu filmdə görmək istəyiblər".

ANS Şirkətlər qrupunun prezidenti Mirşahin Ağayev də film haqqında məlumat verib, təqdimatda iştirak edən qonaqlara minnətdarlığı bildirib.

Təqdimatda tanınmışlardan əlavə, 20 Yanvar şəhidlərinin ailə üzvləri, KİV nümayəndələri də qatılıb. Nümayişdən sonra tamaşaçılar 20 Yanvar hadisələrinin 25 illiyi ərəfəsində belə bir ekran işini qısa müdddətdə yarada bildiyinə görə Vahid Mustafayevə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, "Qanlı Yanvar" filmi dünyada tandılmaq üçün müxtəlif festivallarda və tədbirlərdə nümayiş olunacaq.



Zəhra ƏHMƏDOVA

Foto: Rəşad ABBASOV




 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!