Elza Seyidcahandan yeni şeir

Elza Seyidcahandan yeni şeir
Xəbərlər
10.09.2017 24
Əndrabadi geyimləri, saç düzümləri, layihələri ilə zaman-zaman gündəmə gələn Elza Seyidcahan son zamanlar yeni hobbisi ilə diqqətləri öz üzərinə çəkməyi bacarır.

Yazdığı şeirlərin müzakirə obyekti olmasına əhəmiyyət verməyən bəstəkar-müğənni yeni şerini İnstaqramda paylaşıb. Elza xanımın bu dəfəki poetik düşüncələri eşqə həsr edilib. Misralarda eşq axtarışında olan qadının ürəyindən süzülən kəlmələri hiss etməmək mümkün deyil.

Elza Seyidcahan adəti üzrə şerin sonunda "Yazması Elzadan, yozması eldən" yazıb və "Eşq səni yaşadırsa, eşq olsun o eşqə" deyə əlavə edib.

Ekstravaqant sənətçinin "Eşq" adlanan şerini kiçik redaktə ilə, daha doğrusu hərf düzəlişi ilə təqdim edirik:



Özümə eşq axtarıram.

Mənə sadiq, layiq olsun...

Çünki mən oz sevgilimə

Etibarlı bir Hürrəməm.

Hümkar sevgilim olmasa,

Esg səfərindən dönmərəm!

Bu səfərdən döndərməyə

Gücün çatır döndər məni!

Bəlkə sənsən eşq yoluna

Sığal çəkib gəzən məni?

Döndər məni o üzünə

Çöndər məni bu üzümə.

Mən də baxım bu üzünə...

Mən də baxım səmalarda

Göy üzündə bizim kimi

Dəlicəsinə bir-birinə naz eləyən

Mələklərin süzməsinə...

Üzməsinə, sevməsinə...

Orda bir şey tapmayacam

Onu bildim!

Yalanların keçməsini

Yalanların ötməsini.

Onda bəlkə göy üzünə

Gedək aşğım?!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!