2014-cü ilin “Kainat gözəli” kim olacaq?

2014-cü ilin “Kainat gözəli” kim olacaq?
Xəbərlər
10.09.2017 20
"Kainat gözəli-2014” müsabiqəsinin finalı yanvarın 25-də ABŞ-ın Doral şəhərində (Florida ştatı) keçiriləcək.



Müsabiqənin final mərhələsində 88 ölkənin təmsilçisi iştirak edir. Onlar yanvarın əvvəllərində Doral şəhərinə gələrək gündəlik məşqlər edib, foto-çəkilişlər aparıb və münsiflər heyətinə müsahibələr veriblər.



Əsas şoudan bir neçə gün əvvəl müsabiqənin yarımfinalı keçirilib və aralıq hakimlər briqadası 15 finalçını seçib. Lakin onların kimlər olduğu bilinmir. Favoritlərin adları final şousunun başlanğıcında açıqlanacaq. Bundan sonra əsas münsiflər heyəti seçimi davam etdirəcək.



Qalib qiymətli tacla mükafatlandırılacaq və Nyu-York şəhərində bir il pulsuz yaşamaq hüququ qazanacaq. Çexiyanın Diamonds International Corporation şirkəti tərəfindən ağ qızıldan hazırlanmış tacın çəkisi 411 qram, dəyəri 300 min dollardır.



Qeyd edək ki, "Kainat gözəli” müsabiqəsi 1952-ci ildən keçirilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!