"Başqa sənətçinin geyilmiş paltarını geyib..." - İlhamə Quliyeva sərt danışdı ÖZƏL

Xəbərlər
10.09.2017 12
"Şərəf” və "Şöhrət" ordenli Xalq artisti İlhamə Quliyeva maraqlı açıqlması ilə diqqət çəkib.



Sözlərini ünvanına ötürüb: "Ad çəkmək istəmirəm. Sadəcə bəzi məlumatları oxuyub, heyrətlənirəm. Başqa sənətçinin geyilmiş paltarını geyib, bununla öyünmək, bununla piar olunmaq nə dərəcədə düzgündür? Bununla özünü xoşbəxt sanmaq olarmı?  Halbuki həmin ifaçı Azərbaycanda olanda icazə vermədi ki, sən onunla şəkil çəkdirəsən. Bunu bütün Azərbaycan gördü. Maqazin verilişlərində biz də bunu müşahidə etdik. Başa düşə bilmirəm həmin paltar necə sənə gəlib çatıb? Bu nə sevgidir, ya yaltaqlıqdır, ya ki, təzə piar üsuludur ? Mən həmin adamın yerinə xəcalət çəkdim. Bu Azərbaycanda sənətkarların adına xələldir. Həmin adını belə çəkmək istəmədiyim adama bir sual vermək istəyirəm. Sən heç  o paltarı geyinəndə utanmadınmı? Utanıb, xəcalət çəkmədinmi? Ancaq mən sənin yerinə çox xəcalət çəkdim”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!