Aygün Bülent Ersoy'la duet oxuyacaq

Aygün Bülent Ersoy'la duet oxuyacaq
Xəbərlər
10.09.2017 7
Müğənni Aygün Mahmudova türkiyəli ifaçı Bülənt Ərsoyla duet oxuyacaq.



O, bu haqda "Onlar" verilişinə açıqlamasında deyib. Sənətçi Türkiyə şou-biznesinə dəvət olunduğunu da söyləyib:



"Bülənt Ərsoyun sənətini çox sevirəm. Onunla duetimiz olacaq, amma səhhəti ilə bağlı gecikir. Hər an Türkiyə şou-biznesinə gedə bilərəm.



Çünki dəvətlər çox olur. Bu gün getsəm, yenə də mənə yaşıl işıqdır. Çünki mən orada sevildim, qəbul edildim.



Amma Türkiyədə yaşamaq çətindir. Gərək övladlarım, həyat yoldaşım yanımda olsun. Bu isə qeyri-mümkündür. Yoldaşım (rejissor Kənan M.M. – red.) işini atıb mənimlə necə getsin? Gedib-gəlmək isə alınmır, uşaqlar ortada qalır. Belə ailə olmur".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!