Bu qadın özü ilə evləndi – foto

Bu qadın özü ilə evləndi – foto
Xəbərlər
10.09.2017 9
Evlənmək, ailə qurmaq çox çətin işdir. Doğru insanı tapmaq, ona inanmaq, xasiyyətlərin uyğunlaşması lazımdır. Yalnızlıqdan bezən 40 yaşlı qadın isə bütün bunlarla başını yormamaq üçün qeyri-adi çıxış yolu tapıb. Amerikalı qadın ad günündə özü ilə evlənib.



"Huffington Post”da yer alan xəbərə görə, Yasmin Elebi özünə belə bir söz verib "əgər 40 yaşıma kimi ərə getməsəm, özüm-özümlə evlənəcəm”.



Bir necə gün öncə 40 yaşını qeyd edən qadın sözünə əməl edib. O, muzeyə topladığı dostları və ailə üzvləri ilə mərasim təşkil edib. Elebi evlilik mərasimində olan bütün ayinləri gerçəkləşdirib.



O, hətta evlilik sözü belə verib. Bu işdə isə ona rahibə olan bacısı kömək edib. Səyahəti sevən Elebi indi bal ayına hazırlaşır. O, Dubaydakı caz festivalında olacaq, sonra isə Laos və Kamboçaya gedəcək.



"Qanadlarınızı açın və uçun. Yeni şeylər sınamaq, öyrənmək, həyəcan verici işlər etmək üçün gec qalmış sayılmarsınız. Qorxmayın və risk edin. Gərgin iş qrafiqlərinə baxmayaraq yanımda olan hər kəsə təşəkkür edirəm”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!